Rusiya Xankəndində Baş Konsulluğu açmaq istəyirbackend

Rusiya Xankəndində Baş Konsulluğu açmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Xankəndində Rusiya Federasiyasının Baş Konsulluğu açılacaq.

Editor.az bildirir ki, diplomatik missiyanın fəaliyyətə başlaması barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin məlumat verib. Diplomat bu barədə Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verib: “İkitərəfli məsələlərdən Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim ki, biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – Karasin deyib.

Senator baş konsulluğun açılması üçün optimal vaxtı da qeyd edib. Diplomatın sözlərinə görə, ən yaxşı variant onun bu ilin sonuna qədər işə başlaması olardı: “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”, – Karasin vurğulayıb.

//Samir Qurbanov, Editor.az