Rusiya Xarici İşlər: Bugünkü ABŞ liderləri tarixi revizionizm sindromunu yaşayırlarbackend

Rusiya Xarici İşlər: Bugünkü ABŞ liderləri tarixi revizionizm sindromunu yaşayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin Milli Anma Günü münasibətilə Arlinqton Hərbi Qəbiristanlığında etdiyi çıxışında Amerika əsgərlərinin İkinci Dünya Müharibəsi zamanı Avropanı azad etdiyi və “dünyanı sözün əsl mənasında xilas etdiyi” sözlərini dəyərləndirib.

Editor.az xəbər verir ki, nazirlik özünün teleqram səhifəsində belə şərh verib və qeyd edib ki, Amerika lideri faşizm üzərində qələbədə Sovet İttifaqı və digər ölkələrin rolunu qeyd etməyib. Bugünkü ABŞ prezidentləri tarixi revizionizm sindromunu yaşayırlar. Bəyanatda Baydenin sələfi Donald Trampdan fərqli olaraq faşizmə qarşı mübarizə aparan bütün döyüşçülərə hörmət etmək iqtidarında olmadığı, Rusiya prezidenti Vladimir Putinlə o zamankı ABŞ həmkarı Trampın Elbe görüşünün 75-ci ildönümünün (Elbe Günü) keçirildiyi qeyd edilib.

//Gülnarə Abasova, Editor.az