Rusiya xarici işlər nazirinin müavini: Rusiya – Türkiyə – İran və Suriya xarici işlər nazirləri müavinlərinin görüşünə hazırlıq gedirbackend

Rusiya xarici işlər nazirinin müavini: Rusiya – Türkiyə – İran və Suriya xarici işlər nazirləri müavinlərinin görüşünə hazırlıq gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası, Türkiyə, İran və Suriyanın xarici işlər orqanları rəhbərlərinin müavinləri səviyyəsində növbəti görüş olacaq.

Editor.az bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. Onun sözlərinə görə, Ramazan ayına və bir sıra digər hallara baxmayaraq, bu istiqamətdə işlər aparılır. Xarici işlər nazirinin müavini həmçinin Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə vasitəçilik missiyasının uğurla başa çatacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Suriya üzrə xarici işlər nazirlərinin görüşü bu ay keçirilməli idi. Lakin müəyyən səbəblər üzündən qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı. Türkiyə belə bir qərarın Rusiya tərəfinin tələbi ilə verildiyini qeyd edib. Bundan əvvəl isə Vladimir Putin və Bəşər Əsədin son görüşündə Suriya lideri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlara hazırlıq məsələlərinin müzakirə edilmişdi.

  //Samir Qurbanov,Editor.az