Rusiya xarici işlər nazirinin müavini: “Taxıl sövdələşməsi” iyulun 18-də başa çatacaqbackend

Rusiya xarici işlər nazirinin müavini: “Taxıl sövdələşməsi” iyulun 18-də başa çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taxıl sövdələşməsi” tezliklə başa çata bilər.

Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Verşinin deyib. Diplomatın sözlərinə görə, sövdələşmə iyulun 18-də başa çatacaq, çünki Moskva bu gün ona doğru irəliləyir. Bununla belə, o, bu məsələ ilə bağlı növbəti məsləhətləşmələri də istisna etməyib.

“Əlaqələrimiz, o cümlədən işgüzar görüşləri davam etdiririk. Amma biz dediyimizi edəcəyik. Yəni, iyulun 18-nin icra olunmayan müqavilələrin tamamlanma vaxtı olması üçün çalışırıq”, – Sergey Verşinin vurğulayıb.

  //Samir Qurbanov,Editor.az