Mixail Qaluzin və Mehmet Samsar sülh və sabitlik naminə fəaliyyətlərin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini və Türkiyə səfiri görüş keçiriblər. Onlar Cənubi Qafqazdakı vəziyyəti hərtərəfli müzakirə ediblər.
Mixail Qaluzin və Mehmet Samsar sülh və sabitliyin möhkəmləndirilməsi, Bakı ilə İrəvan, eləcə də Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində gələcək fəaliyyətlər üçün qarşılıqlı niyyətlərini bildiriblər.
Rusiyalı diplomat Türkiyədə minlərlə insanın həyatına son qoyan zəlzələ ilə bağlı bir daha başsağlığı verib.
Danışıqların konstruktiv ruhda keçdiyi bildirilir ki, bu da ümumilikdə Rusiya ilə Türkiyə arasında münasibətləri fərqləndirir. Qeyd edək ki, bundan əvvəl, yanvarın 30-da Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu ilə danışıqlar aparmışdı.
//Samir Qurbanov,Editor.az

