Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə görüşündə Qərbin Ukraynaya silah tədarükünün qəbuledilməzliyini vurğulayıb.
Qaluzin Türkiyəni gərginliyin qarşısını almaq üçün “bu cür dağıdıcı siyasətlərdə” iştirakdan imtina etməyə çağırıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Mixail Qaluzin və Tanju Bilgiç arasında danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Departamentin bəyanatında deyilir: “Qərb Ukraynaya verilməsi münaqişənin daha da genişlənməsinə, onun uzanmasına və lazımsız qurbanlara gətirib çıxarır”. Münaqişənin siyasi və diplomatik yolla həlli variantlarını müzakirə edən Mixail Qaluzin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu nəzərə alsaq, Ukrayna ilə hər hansı danışıqlardan söhbət gedə bilməz.
//Samir Qurbanov, Editor.az