Rusiya Xarici İşlər Nazirliyi NATO ilə münaqişə etmək niyyətində olmadığını açıqlayıbbackend

Rusiya Xarici İşlər Nazirliyi NATO ilə münaqişə etmək niyyətində olmadığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiyanın NATO ilə və ya ayrı-ayrı alyans üzvləri ilə müharibə etmək planı yoxdur.

Editor.az xəbər verir ki, bu barədə diplomat RİA Novosti-yə müsahibəsinə bildirib. “Hərbi blok Rusiya ilə açıq münaqişəyə hazırdırmı? NATO üzvlərindən soruşmaq lazımdır. Bizim alyansa üzv ölkələrlə bağlı onsuz da belə bir niyyətimiz yoxdur”, – deyə Qruşko bildirib.

Həmin müsahibədə Rusiya XİN rəhbərinin müavini xəbərdarlıq edib ki, NATO ölkələrindən heç olmasa biri Fransa prezidenti Emmanuel Makronun səsləndirdiyi kimi avantürist hərəkətlərə boyun əyməyə icazə verərsə, Ukraynadakı münaqişə mövcud coğrafi sərhədlərdən kənara çıxa bilər. O, Rusiya Federasiyasının Şimali Atlantika Alyansından gələn heç bir təhlükəni cavabsız qoymayacağını, Ukraynada baş verəcəyi təqdirdə NATO bazalarının “yanacağını” vurğulayıb.

//Gülnarə Abasova, Editor.az