Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ukrayna ilə dialoqun bərpasının ilkin şərtini açıqladıbackend

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ukrayna ilə dialoqun bərpasının ilkin şərtini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya heç vaxt Ukrayna ilə münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara mane olmayıb. Dialoqun bərpası Ukrayna tərəfinin və onun müttəfiqlərinin yeni geosiyasi reallıqları müzakirə etməyə hazır olmasından asılıdır.

Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Bu gün Kiyev rejimi tərəfindən kəsilmiş danışıqlar prosesinin bərpası yalnız Ukrayna hakimiyyətinin və onların Qərb kuratorlarının yeni geosiyasi reallıqları ciddi şəkildə müzakirə etməyə hazır olmasından asılıdır”, – Mariya Zaxarova bildirib.

Qeyd edək ki, Ukrayna tərəfi təkid edir ki, sülh danışıqları yalnız Kiyevin 1991-ci il sərhədləri daxilində ölkə ərazisinə nəzarətinin qaytarılması ilə mümkündür. Eyni zamanda, Rusiya ilhaq edilmiş rayonların tanınmasını ilkin şərt kimi tələb edir. İyunun əvvəlində Kreml yenidən bəyan edib ki, Ukrayna ilə dialoq üçün heç bir ilkin şərt almmayacaq.

 //Samir Qurbanov,Editor.az