Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru ölübbackend

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, ordu generalı Vyaçeslav Trubnikov 79 yaşında ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb.

V.Trubnikov 1943-cü il aprelin 25-də Rusiyanın İrkutsk vilayətində anadan olub. 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru, 2000-2004-cü illərdə Rusiya xarici işlər nazirinin birinci müavini, 2004-2009-cu illərdə Rusiyanın Hindistandakı səfiri işləyib.

Qeyd edək ki, o, 1971-1977-ci illərdə “Novosti” xəbər agentliyinin müxbiri adı altında Hindistan və Banqladeşdə uzunmüddətli ezamiyyətdə olub.