Rusiya Xarkovda məktəbə raket zərbəsi endirib- FOTObackend

Rusiya Xarkovda məktəbə raket zərbəsi endirib- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Xarkovda məktəbə raket zərbəsi endirib. Editor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki,  bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da məlumat verib.

“Bu gün saat 4-də rus işğalçıları Xarkov şəhərinin Şevçenkovski rayonuna məkrli raket zərbəsi endirib. Onlar orta məktəbi hədəf seçiblər. Hazırda xilasedicilər dağıntıları təmizləyirlər. Xoşbəxtlikdən zərərçəkən olmayıb”,- Sinegubov deyib.

Oleq Sinegubov həmçinin qeyd edib ki, düşmən 24 saat ərzində bölgə ərazisində Xarkov, İzyum və Boqoduxovski rayonlarının şəhər və kəndlərinə zərbələr endirib. Atışma nəticəsində yaşayış binaları, xidməti qarajlar və digər tikililər dağılıb.

//Gülnarə Abasova, Editor.az