“Rusiya xəyanətkar Ermənistana görə Türkiyə-Azərbaycan birliyinə qarşı çıxmayacaq”- Tural Abbaslıdan AÇIQLAMAbackend

“Rusiya xəyanətkar Ermənistana görə Türkiyə-Azərbaycan birliyinə qarşı çıxmayacaq”- Tural Abbaslıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin siyasi xəttində formalaşan çoxdankı xarakterləri odur ki, hər zaman öz problemlərini başqalarının əlləri ilə həll edir və ya iplərini kiminsə əlinə verirlər. Ermənistanda ötən gün parlamentdənkənar Milli Demokratik Qütb blokunun Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə keçirtdiyi etiraz aksiyaları ondan xəbər verir ki, onlar öz dövlət, ordu, siyasətçilərinə güvənmir. Belə olmasa, problemlərinin həllini öz hakimiyyətlərindən tələb edərlər. Aksiya iştirakçıları Laçın yolunda yaranmış vəziyyətə görə o cümlədən, Rusiya sülməramlı kontingetini də (RSK) günahlandırıblar. Aksiyaçılar RSK-dan Laçın yoluyla bağlı “öhdəliklərini yerinə yetirməyi” tələb ediblər. Bu o deməkdir ki,  ermənilər çox gözəl anlayır ki, süni şəkildə yaradılmış “Qarabağ konflikti”nin açarları Rusiyanın  əlindədir. Onlar gözəl anlayır ki, Rusiya olmasa, Azərbaycan bu problemi birdəfəlik həll edəcək, necə ki indi də həll edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, rəsmi Bakının da rus sülhməramlılarından kifayət qədər narazılıqları var:

“Hesab edirəm ki, Azərbaycan üçtərəfli bəyanatdan çıxmalıdır. Çünki bəndləri ermənilər tərəfindən icra olunmur. Zəngəzur dəhlizi açılmır, Qarabağda hələ də erməni silahlı birləşmələri mövcuddur. Bu məsələlərin hər birinə şərait yaradan isə rus “sülhməramlıları”dır. Əgər belə davam edərsə, Azərbaycan haqlı olaraq öz ərazilərində antiterror əməliyyatları keçirə bilər. Ermənilər tərəfindən həyata keçirilən aksiyanın məqsədi guya Rusiya ictimaiyyətinə mesajlar vermək və proseslərdə Azərbaycan əleyhinə mövqeyini daha gücləndirməyə yönəlib. Ancaq inanmıram ki, onlar belə aksiyalarla nəyəsə nail olsunlar. Çünki bu gün Azərbaycan-Türkiyə birliyi ilə Putin açıq konfrontasiyaya getmək istəmir. Rusiya xəyanətkar Ermənistana görə Türkiyə-Azərbaycan cütlüyünə qarşı çıxmayacaq. Öz torpaqlarımızda aparılan bütün proseslər bizi yaxından maraqlandırmalı və hər bir addımdan xəbərdar olmalıyıq. Ərazilərimizdə heç kəsə hesabat vermədən istədiyimizi edə bilərik. Yekun nəticəyə varana qədər isə Laçın yolundakı aksiyamız davam edəcək və hər birimiz aksiya iştirakçılarını sonuna qədər dəstəkləyəcəyik”.

//Gülnarə Abasova, Editor.az