ABŞ nüvə sınaqlarını davam etdirərsə, Rusiya Federasiyası da eyni şəkildə cavab verəcək.
Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nüvə silahlarının yayılmaması və silahlara nəzarət departamentinin direktoru Vladimir Ermakov deyib.
O, həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin və digər Rusiya rəsmiləri Moskvanın da eyni şəkildə hərəkət etməli olacağını dəfələrlə vurğulayıblar. Fevralın əvvəlində ABŞ Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Jill Hruby Birləşmiş Ştatların yeraltı nüvə sınaqlarını bərpa etməyə hazır olduğunu bildirmişdi.
//Gülnarə Abasova, Editor.az

