Rusiya XİN ABŞ prezidentinin hədələrinə cavab verdi: BRİKS antiamerika ittifaqı deyilbackend

Rusiya XİN ABŞ prezidentinin hədələrinə cavab verdi: BRİKS antiamerika ittifaqı deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın BRİKS təşkilatına qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib. Nazir müavini Sergey Ryabkovun sözlərinə görə, BRİKS antiamerika xarakteri daşımır və gündəmində belə bir istiqamət yoxdur. Bu barədə RIA Novosti məlumat yayıb.

“BRİKS qətiyyən antiamerika ittifaqı deyil, onun gündəmində ABŞ-a qarşı yönəlmiş heç bir məsələ yoxdur,” – deyə Ryabkov vurğulayıb.

Diplomat əlavə edib ki, Moskva ABŞ administrasiyasının nümayəndələrinin açıqlamalarını diqqətlə izləyir. Lakin onun sözlərinə görə, Amerikanın dövlət başçısının bəyanatlarında yeni heç nə yoxdur.

//Samir Qurbanov, Editor.az