Ukrayna Rusiyaya yeni ilkin razılaşma mətnini təqdim edib.
Editor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
XİN rəhbəri sazişin İstanbulda təqdim olunan təkliflərdən fərqli olduğunu vurğulayıb.
” Ukraynanın təklifi odur ki, Krım və Donbas Putin-Zelenski görüşündə müzakirə olunmalıdır. Bu, qəbuledilməzdir. Rusiya Ukrayna ilə danışıqları davam etdirəcək və öz ilkin razılaşma şərtlərini hazırlayacaq. ABŞ Zelenskini mübarizəni davam etdirməyə məcbur edir”, – Lavrov deyib.
//Gülnarə Abasova, Editor.az

