Rusiya XİN: “Aİ-nin Ermənistandakı missiyası Moskva, Tehran və Bakıya qarşı casusluq edir”backend

Rusiya XİN: “Aİ-nin Ermənistandakı missiyası Moskva, Tehran və Bakıya qarşı casusluq edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır.

Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Əgər 2022-ci ildə İrəvan KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılıq versəydi, Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxu azaldıla bilərdi. Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlət sərhədlərini qorumayan, “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu”, – deyə o qeyd edib.