Rusiya XİN başçısı: “İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirakına ümid edirik”backend

Rusiya XİN başçısı: “İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirakına ümid edirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakına ümid edir”.

“Report” xəbər verir ki, bunu dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşündə deyib.

“Ənənəyə uyğun olaraq, bu ayın sonunda Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək, burada biz, əvvəllər olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakına ümid edirik”, – o vurğulayıb.