Rusiya XİN: BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyilbackend

Rusiya XİN: BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil.

Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Pyotr İliçev deyib. Onun fikrincə, Rusiya sülhməramlıları regionda sülhün təmin edilməsi problemini həll edirlər: “Bu şəraitdə Qarabağa hətta beynəlxalq humanitar yardımın təşkilində, beynəlxalq sülhməramlı kontingentin göndərilməsi ideyasının praktiki həyata keçirilməsi qeyri-real görünür.

Bunun üçün BMT Təhlükəsizlik Şurasının sanksiyası lazımdır”, – İliçev deyib. O, xatırladıb ki, hazırda Qarabağda yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi işləyir. Digər təşkilatlar, o cümlədən BMT-nin humanitar agentlikləri regionda fəaliyyət göstərmək üçün icazə almayıb: “Çətinliklər tərəflərlə bərabər məsafəli mövqe tuta bilməməsinin siyasi səbəbi, o cümlədən regiona giriş və çıxış üsulları, hesabat, nəzarət və humanitar fəaliyyətlərin qurulması üçün hüquqi baza ilə əlaqədar yaranır”.

Qeyd edək ki, Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarını öz vəzifələrini yerinə yetirməməkdə ittiham edib və Qarabağa sülhməramlıların göndərilməsi ilə bağlı BMT-yə müraciət edəcəkləri siqnalını veriblər.

  //Samir Qurbanov, Editor.az