Rusiya XİN-dən Laçın dəhlizinin bağlanması ilə bağlı AÇIQLAMAbackend

Rusiya XİN-dən Laçın dəhlizinin bağlanması ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mülki əhaliyə problem yaratmaq yolverilməzdir”. 

Bunu Mariya Zaxarova brifinq zamanı bildirib.

“Vəziyyət filiz yataqlarının işlənməsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları səbəbindən yaranıb”, – o deyib.

“Biz çox yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpasına ümid edirik, Rusiya sülhməramlı kontingenti vəziyyətin gərginliyini azaltmaq üçün fəal işləyir. Üçtərəfli saziş imzalanarkən tərəflər öz üzərinə müvafiq öhdəliklər götürüblər ki, bunlara ciddi əməl edilməlidir.

XİN Rusiya sülhməramlılarına qarşı əsassız təxribat xarakterli ittihamlara münasibət bildirməyə məcburdur: onlar hardan gəlməsindən asılı olmayaraq qəbuledilməzdir və əks-məhsuldardır. RSM regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edərək öz funksiyalarını tam şəkildə yerinə yetirir”.

Milli.Az