Rusiya XİN-dən müəmmalı Qarabağdakı terrorçular bəyanatı – məqsəd nədir?backend

Rusiya XİN-dən müəmmalı Qarabağdakı terrorçular bəyanatı – məqsəd nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti də Ermənistanın həyasız iddialarını təsdiqlədi, Türkiyə və Azərbaycanı günahlandırdı; terrordan əziyyət çəkən ölkəni günahlandıranların məkrli məqsədi nədir?

Politoloq: “Bu, Azərbaycan və Türkiyəyə qarşı informasiya savaşıdır”

Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalan və iftira dolu qarayaxma kampaniyasının aparıldığını müşahidə edirik. Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir ki, bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir: “Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir. Belə ki, Ermənistanın hərbi məqsədlər üçün istifadə ediləcək “könüllü döyüşçü dəstələrin” yaradılması planı, məhz illər ərzində Yaxın Şərq bölgəsindən Ermənistana köçürülmüş terrorçuların “xidmətlərindən” istifadə etmək məqsədi güdür. İllərdən bəri ağır demoqrafik böhran yaşayan və bunun nəticəsində silahlı qüvvələrini komplektləşdirmək iqtidarında olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın tam komplektləşdirilmiş silahlı qüvvələri mövcuddur və bu silahlı qüvvələr qarşıya qoyulan məqsədə nail olmaq üçün hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qruplaşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclüdür”.

XİN bəyan edib ki, bu uydurma iddialar sadə məntiqə sığmadığı kimi, hərbi-texniki cəhətdən də tutarsızdır: “Müxtəlif mənbələr guya ki, Azərbaycana bir-neçə yüz civarında muzdluların gətirildiyini iddia edir. O zaman belə bir sual ortaya çıxır; iki nizami ordunun mümkün toqquşması kontekstində azsaylı qeyri-nizami dəstələr qüvvələr balansında nə dəyişiklik edə bilər? Əlbəttə, dezinformasiyanı yayanlar bu suala cavab vermək iqtidarında deyil.

Bir daha, Azərbaycana qarşı aparılan bu çirkin iddiaları qətiyyətlə rədd edir və Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı olmadığını vurğulayırıq”.

Qeyd edək ki, bənzər iddia, Qarabağa terrorçuların gətirilməsi barədə Rusiya XİN də çıxış edib. Rəsmi Bakı isə məsələyə dərhal reaksiya verib. “Rusiya XİN-in Informasiya və Mətbuat Departamentinin münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar verdiyi açıqlamaya münasibətdə bildirmək istərdik ki, Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub”. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin mətbuat açıqlamasında deyilir. “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib. Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir”, – deyə açıqlamada qeyd edilir.

Qeyd etdiyimiz kimi, Azərbaycanda suriyalı silahlıların vuruşmasın dair iddiaları Azərbaycan hökuməti rədd edir. Türkiyə Azərbaycana suriyalı silahlı göndərmədiyini deyir. Rusiya Xarici İşlər Nazirliyi Suriya və Liviyadan ola muzdluların dərhal Qarabağdan çıxarılmasına çağırıb. Azərbaycan prezidenti İlham Əliyev Rusiya telekanalına müsahibəsində Qarabağa Suriyadan muzdluların gətirilməsi iddialarını “feyk-nyus” adlandırıb. Azərbaycan Müdafiə Nazirliyi isı Ermənistanın Yaxın Şərqdən Qarabağa muzdlular gətirdiyini bəyan edib. Sosial mediada livanlı erməni olduğu bildirilən və Qarabağda vuruşduğunu deyən şəxsin videoları yayılıb.

Şok iddia: “Ermənistanı alova Makron atdı”

Son zamanlar Livandan, o cümlədən İraq və Suriyadan Ermənistana, oradan da Qarabağa terrorçuların gətirilməsi ilə bağlı çoxsaylı faktlar nəinki Azərbaycan və Türkiyə, həmçinin əcnəbi ölkələrin mediasında işıq üzü görüb. İrəvan ilk günlər bu xəbərləri gizlətmirdi, lakin sonradan faktları ört-basdır etmək üçün Azərbaycanın özünü ittiham etməyə başladı. Bunun ardınca işğalçı ölkəni himayə edən qüvvələr də Bakıya ünvanlı eyni ittihamlar irəli sürməyə başlayıblar. Təsəvvür edin, terrorçuların Qarabağa daşınmasında rol oynadığı şübhə doğurmayan Fransanın prezidenti E.Makron Türkiyənin Suriya döyüşçülərini Qarabağa gətirdiyini iddia edib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Fransa prezidenti bu məsələnin Avropa İttifaqının müzakirəsinə çıxarılacağını da iddia edib. Makronun bu iddiasını ermənilər sevincək manşetlərə daşıyıblar.

Ermənistan Qarabağa terrorçuları köçürür: FAKTLAR VAR - İki sahil

Fakt isə öz sözünü deyir. Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində döyüşmək üçün PKK terrorçularını cəlb edib. Azərbaycan Ordusu hazırda terrorçularla mübarizə aparır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” media qurumu məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusu hazırda cəbhənin Füzuli və Cəbrayıl istiqamətində Ermənistanın silahlı birləşmələri ilə yanaşı, PKK terror təşkilatının qruplaşmaları ilə də döyüş aparır.
Yayılan informasiyaya görə, İran üzərindən işğal olunmuş Azərbaycan ərazilərinə daxil olan PKK yaraqlıları Qarabağın şimalı və Göyçə gölü istiqamətindən döyüşlərə qoşulub.Vurğulanır ki, PKK yaraqlılarına silah dəstəyini Rusiya, maddi dəstəyi Birləşmiş Ərəb Əmirlikləri, koordinasiyanı isə Fransadakı ASALA terror qruplaşması həyata keçirir.

Digər xəbərə görə, PKK terror təşkilatının Suriya qolu olan YPG-də erməni əslli yaraqlıların təşkil etdiyi “tabor” Qəndildəki terrorçularla bir araya gəlib. Türkiyənin “A Haber” media qurumuna istinadan xəbər verir ki, sivil geyimdə Göyçə gölü ətrafındakı Basarkeçər hərbi düşərgəsinə gələn 300 terrorçu burada erməni ordusuna məxsus hərbi formalar geyinərək ağır silah ilə təchiz edildikdən sonra Azərbaycan Ordusuna qarşı döyüşmək üçün cəbhəyə göndəriliblər.

Qəndil ilə Ermənistan arasında koordinasiyanı PKK/KJK cütlüyünün ən yüksək səlahiyyətli şəxsi olan “Sözlər Avesta” kod adlı Nuriyə Kesbir təmin edir. Türk kəşfiyyat bölmələrinin əldə etdiyi ilkin məlumatlarına görə, YPG sıralarında 2017-ci ildə öldürülən TKP/ML, TİKKO terror təşkilatının Yaxın Şərq komandiri olaraq tanınan erməni əslli “Nübar Ozanyan” kod adlı Orxan Bakırçıyanın adının verildiyi taborda yer alan terrorçular Suriyanın Qamışlı bölgəsindən İraqın şimalına keçib. Burada PKK-nın Qəndil kadr üzvləri ilə görüşən terrorçular Ermənistanın Basarkeçər hərbi düşərgəsinə gəlib.

Livandan və Suriyadan olan ermənilərin tezliklə Dağlıq Qarabağ münaqişə zonasına göndəriləcəyinə dair məlumat da yayılıb. Bu barədə erməni “Facebook” istifadəçisi Vardan Harutyunyan öz səhifəsində məlumat paylaşıb.

“Livandan olan ermənilər tezliklə Qarabağa gələcəklər. Hazırda təxminən 3 mindən çox Suriya ermənisi Suriya ordusundadır. Ən azı 5 min suriyalı erməni isə artıq müharibədə iştirak edib və əmin ola bilərsiniz ki, onlar tezliklə bura gələcək”,- paylaşımda qeyd olunub.
Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb. APA-nın xəbərinə görə, bu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights – SOHR) bildirib. “Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb”, – deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib. “Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir”, – deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb.

Terrorçularla əslində hansı ölkənin müttəfiqlik etdiyini sübuta yetirən daha bir fakt ortadadır. Belə ki, 30 sentyabrda Fransada yaşayan ermənilər Azərbaycanın Paris səfirliyi qarşısında toplaşaraq, Azərbaycanın Ermənistanın hücumlarına qarşı başlatdığı əks-hücum əməliyyatlarına etiraz edib. Axar.az xəbər verir ki, etirazçılara PKK terror təşkilatının Fransada yaşayan fəalları dəstək verib. Əllərində Ermənistan bayrağı və PKK terror təşkilatına aid parçalar olan etirazçılar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevə qarşı şüarlar səsləndirib. PKK-erməni işbirliyi Avropada da öz sözünü deyir…

ASALA | Tarihi Olaylar

“Ermənistan tərəfinin 27 sentyabrdan bir neçə gün əvvəl PKK və ermənilərdən təşkil olunmuş terroçuları Suriyadan gətirilməsi davam edirdi. Əsasən, Livandan ASALA -nın aktiv üzvüləri gələrək, Qarabağda qərargah qurmuşdular. Bu, faktlarla təsdiqlənir və bunula bağlı kifayət qədər Azərbaycanın əlində sübutlar var”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi. Əlavə etdi ki, hazırda Azərbaycan ordusu cəbhə xətti boyu Ermənistan silahlı qüvvələrinin postlarını, strateji nöqtələrini dərinlikdə olan hərbi obyektlərinə güclü zərbə vurur: “Demək olar ki, işğalçı ölkə böyük həcmdə həm canlı, həmdə texnika cəhətdən ağır itkilər verir. Azərbaycanın bu əməliyyatı, göründüyü kimi beynəlxalq təşkilatlar və bir çox ölkələr tərəfindən demək olar ki, susqunluqla qarşılanır. Çünki Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində əməliyyat aparır. Ermənistan Türkiyənin Azərbaycanla roluna kölgə salmaq və Azərbaycana qarşı informasiya savaşında yeni metoda əl atması onların məğlubiyyətindən irəli gəlir. Hesab edirəm ki, Rusiyanın da guya Suriya və Liviyada bura terrorçuların gətirilməsi barədə Rusiya XİN bəyanatı Azərbaycan və Türkiyəyə qarşı informasiya savaşıdır və Azərbaycanın qanuni əməliyyatına kölgə salmaqla Moskvanın müdaxiləsinə zəmin yaratmaq istəyidir”. Ekspertə görə, Rusiya da bilir ki, heç vaxt belə bir şey ola bilməz: “Azərbaycanin kifayət qədər canlı qüvvəsi var. Sadəcə, Ermənistan özü terrorçulardan istifadə etməklə hədəfi yayındırır. Rusiya təssüf ki, bu propaqandada yer alır və terrorçuları bəhanə edib “Vaqner”i Ermenistan tərəfinə göndərə bilər. Əgər, proseslər onun tam maraqlarına uyğun olmasa… Rusiya XİN-in bu bəyanatı Lavrovun ideyasıdır və ermeni lobbisinin sifarişidir. Vaqnerin gəlisini Ermənistan da istəyir. Vaqner piyadalardan ibarətdir və Türkiyə Liviyada onların yaxşı dərsini verib. Həmçinin Suriyada ABŞ onları məhv edib. Vaqner terrorçu bir təşkilatdır və onun Qarabağa gəlişi Türkiyə bayraqdarlarının hədəfi olacaq”.

Moskva görüşü heç də Azərbaycanın atəşkəsə gedəcəyi anlamına gəlməməlidir"  - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ - Hürriyyət

M.Əsədullazadə qeyd etdi ki, Suriya beynəlxalq insan hüquqları təşkilatı da Suriyadan ermənilərdən ibarət terrorçuların Ermənistana getməsi barədə məlumatlar verib: “Göründüyü kimi, Ermənistan PKK, YPG, Ozanyan və Vaqner kimi terrorçulardan istifadə edib, Azərbaycana qarşı müharibədə istifadə edir. Amma, hamısı uğursuzluğa düçar olacaqlar”.

Azərbaycanın öz ərazilərini terrorçulardan təmizlədiyi bu günlərdə Ermənistan və onu himayə edən qüvvələrin israrla terrorçuları Azərbaycana bağlamaq cəhdi sözsüz ki, hansısa məkrli niyyətin tərkib hissəsidir. Rusiya XİN də təsadüfən Qarabağda terrorçuların olması barədə bəyanat vermir. Əslində Azərbaycan illərdir terrordan, işğaldan əziyyət çəkdiyini bəyan edir, amma erməni terrorundan. Rusiya və digərləri isə bunu görməzdən gəldiyi halda, indi terrorçular məsələsini qabardır, üstəlik, Azərbaycanı günahlandırmağa çalışır. Azərbaycan əsgəri inşallah terrorun kökünü qardaş Türkiyə ilə birgə kəsəcək!