Estoniyanın Rusiyaya və vətəndaşlarına qarşı düşmən münasibəti səbəbindən Rusiya vətəndaşlarına bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Nazirlikdən verilən açıqlamada, Estoniya Vergi və Gömrük İdarəsi iyulun 10-dan etibarən AB sanksiyaları çərçivəsində Rusiyadan bəzi malların, o cümlədən ərzaq və mebelin, çanta, ayaqqabı, elektron məhsulların idxalına, dəyəri 750 avrodan yuxarı olan nağd pulun xaricə çıxarılmasını qadağan etdiyi bildirilib.
//Gülnarə Abasova, Editor.az

