Bəzi Qərb ölkələrindən və Ukraynadan Gürcüstana Rusiyaya qarşı “ikinci cəbhəni açmaq”la bağlı çağırışlar eşidilir.
Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. Onun sözlərinə görə bu, Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında “müntəzəm təmasların vacibliyini” açıq şəkildə göstərir.
Qonçar bildirib ki, indiki şəraitdə Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməməsinə dair hüquqi qüvvəyə malik sazişin işlənib hazırlanması üzrə Moskvanın təşəbbüsləri vacibdir.
Bundan əlavə, o, Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya sərhədlərinin delimitasiyası və demarkasiyasının həyata keçirilməsini “zəruri” adlandırıb: “Tbilisi, Suxum və Sxinvalın rəsmi nümayəndələri arasında müntəzəm təmasların vacibliyi Kiyevdən və ayrı-ayrı Qərb paytaxtlarından Gürcüstan hakimiyyətinə Abxaziya və Cənubi Osetiyada Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün təxribat xarakterli çağırışlar fonunda aydın görünür”, – Denis Qonçar bildirib.
//Samir Qurbanov, Editor.az

