Ukraynada münaqişənin həlli ilə bağlı İsveçrədə keçirilən konfransın sülhlə heç bir əlaqəsi yoxdur.
Editor.az RİA Novosti-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Sankt-Peterburqda məlumat yayıb. Bunu onun rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) deyib.
Diplomatın sözlərinə görə, tədbirdə “silah vermək istəyənlər” və Ukraynada “sülh axtarmayanlar” iştirak edəcək. Ukraynadakı münaqişənin Rusiyanın iştirakı olmadan həllinə dair sammit iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçiriləcək.
Qeyd edək ki, toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub, 100-dən çox ölkə iştirakını təsdiqləyib.
//Gülnarə Abasova, Editor.az

