Rusiya XİN: Krım körpüsünə hücumlar cavabsız qalmayacaqbackend

Rusiya XİN: Krım körpüsünə hücumlar cavabsız qalmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə hücumlarının cavabsız qalmayacağını bildirib.

Editor.az xəbər verir ki, bu barədə RF XİN-dən bildiriblər. “Biz bu terror aktlarını qətiyyətlə pisləyirik. Krım körpüsü sırf mülki infrastruktur obyektidir, ona hücumlar qəbuledilməzdir. Körpü ötən ilin payızından bu cür hücumlara məruz qalıb.

Onlar, digərləri ilə yanaşı, mülki şəxslərin ölümünə səbəb olublar”, – Mariya Zaxarova bildirib. Nazirliyin sözçüsü deyib ki, Ukrayna Silahlı Qüvvələri mülki obyektlərə və mülki şəxslərə hücum etməklə təmas xəttində vəziyyəti dəyişmək imkansızlıqlarını geri qaytarmağa çalışır.

Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyi Krım körpüsünə 20 pilotsuz təyyarənin hücum etdiyini, onlardan 14-nün hava hücumundan müdafiə vasitələri ilə məhv edildiyini, altısının isə elektron müharibə ilə yatırıldığını bildirib. Zərər yoxdur.

 //Samir Qurbanov, Editor.az