Rusiya XİN: Lavrov və Kulebanın İstanbul görüşünə hazırlıq görülmürbackend

Rusiya XİN: Lavrov və Kulebanın İstanbul görüşünə hazırlıq görülmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov və ukraynalı həmkarı Dmitri Kulebanın İstanbulda keçiriləcək görüşünə hələ hazırlıqların aparılmadığı bildirilib.

Editor.az “Sputnik Türkiye”yə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.

“Nümayəndə heyətlərinin üz-üzə görüşməsi üçün əsaslı razılaşmalar lazımdır. Rusiya və Ukrayna nümayəndə heyətlərinin təkbətək görüşü yalnız əsaslı razılaşmalar əldə olunarsa, keçirilə bilər. Hərtərəfli fikir mübadiləsi apara biləcəyimiz fundamental razılaşmalar əldə etdikdən sonra bu məsələ nəzərə alınacaq. Hazırda belə bir şey yoxdur”, – Rudenko bildirib.

//Gülnarə Abasova, Editor.az