Rusiya Ukrayna ilə İstanbulda dialoqu davam etdirməyə və nümayəndə heyətlərinin səviyyəsinin artırılmasını müzakirə etməyə açıqdır.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin “Yeni Rusiya Regionları” jurnalına verdiyi müsahibədə bildirib.
Qaluzin qeyd edib ki, Rusiya Ukrayna böhranının ən qısa zamanda həllini istəyir və bu məqsədlə birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpasına başlayıb. Onun sözlərinə görə, bu təşəbbüs siyasi-diplomatik vasitələrlə böhranın həllinə olan ciddi marağın göstəricisidir.
//Samir Qurbanov, Editor.az

