Rusiya XİN NATO təlimlərini “təxribatçı addımlar” kimi qiymətləndiribbackend

Rusiya XİN NATO təlimlərini “təxribatçı addımlar” kimi qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya NATO-nun “Nordic Response 2024” adlı yeni təlimini izləyir və bunu təxribatçı hesab edir.

Editor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko məlumat verib.

Diplomat bəyan edib ki, Moskva bu təlimlərin “təxribat xarakterli” olduğuna inanır. O, hər hansı bir təlimin, xüsusən də coğrafi baxımdan təmas xəttinə yaxın olan təlimin “hərbi insident” riskini artırdığını vurğulayıb. NATO-nun təlimlərində Finlandiya, İsveç, Belçika, Kanada, Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya, İngiltərə və ABŞ-dan olan hərbçilərin iştirak edəcəyi bildirilirdi.

Martın 4-dən 15-dək Finlandiya, Norveç və İsveçin şimal hissələrində keçiriləcək. Buraya müxtəlif ölkələrdən 20 mindən çox əsgər daxildir. Nordic Response 2024 Steadfast Defender alyansının ən böyük manevrinin bir hissəsidir.

//Gülnarə Abasova, Editor.az