Rusiya XİN niyə “narahatdır”?-“Bunun iki səbəbi var”backend

Rusiya XİN niyə “narahatdır”?-“Bunun iki səbəbi var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə istər Rusiyanın, istərsə də regionda maraqlı olan digər dairələrin narahatlığının xronologiyası maraq doğurur”.

Bu fikirləri Editor.az-a politoloq Yeganə Hacıyeva Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyətlə bağlı narahatlığını ifadə edən bəyanata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son 2,5 ay ərzində Rusiya, Fransa və ABŞ-ın Ermənistandakı səfirləri, ardınca isə həmin ölkələrin Xarici İşlər Nazirlikləri Azərbaycan Ermənistan münasibətləri, yaranan gərginliklə bağlı “narahat” olmağa başladılar:

“Hər dəfə hərbi təxribatlar baş verdikdən sonra bunun ünvanını göstərmədən öz narahatlıqlarını dilə gətirirdilər. Əgər onlar həqiqətən prosesdən narahatdırlarsa, gərginliyin dəqiq ünvanını göstərməli idilər. Lakin son iki il beş ay ərzində biz bunun şahidi olmadıq. Həmişə Ermənistan gərginliklə nəticələnən hərbi təxribat törətdi, bu instansiyalar isə narahatıq dedilər. Azərbaycan öz hüquqi ərazisində terror karidorunu bağlayıb. Burada hansı narahatlığa ehtiyac var? Fransanın öz sərhədində hər hansı konstisiyon şərtlərinin həyata keçirməsinə, Korsikaya tez-tez jandarma qismində hərbi ordu yeridilməsinə, eləcə də Rusiyanın daxilində, Cənub sərhədlərində baş verən terror aktları zamanı davranışlarına biz heç vaxt narahatlığımızı bildirməmişik”.

Politoloq Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir neçə məqama toxunub:

“Onlar regionda resursların talanması və terrorçulara silah daşınmasında iştirak edirlər. Son vaxtlar isə bunu da çox açıq formada, nümayişkaranə edirlər. Yəni, gecə vaxtı gizli formada görüləsi işləri günün günorta çağı açıq-aydın həyata keçirdirlər. Bunun əslində özünəməxsus izahı da var. Bu isə arxayınlıqdan irəli gəlir. Çünki 2 ildən çoxdur törədilən bu əməllərə görə Rusiya sülhməramlılarına ciddi təzyiq olunmayıb. Azərbaycan Rusiya MN -nə iradını bildirib, Rusiya MN də iradı bu qulağından alıb o biri qulağından ötürüb.Digər tərəfdən gecə yolların daha təhlükəli olacağından ehtiyat edirlər. Bir sözlə, Rusiya sülhməramlıları Qarabağda terroristlərə silah daşıyır , iqtisadi cinayətkarlara hamilik edir, regionun strateji meneral ressurslarının talanmasında iştirak edir.

Rusiya Xarici İşlər Nazirliyinin narahat olmalı olduğu məqamlar məhz bu olmalıdır. Bu da sülhməramlıların cinayətkar əməllərdə iştirak etməsidir. Digər məsələlər bizim öz hüquqi legitim haqqımız və işlərimizdir “.

//Safura Bənnayeva, Editor.az