Rusiya XİN: Nüvə silahından istifadə etmək niyyətində deyilikbackend

Rusiya XİN: Nüvə silahından istifadə etmək niyyətində deyilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi qeyri-mümkündür, çünki bu, hərbi xüsusi əməliyyatın tapşırıqlarına uyğun gəlmir.

Milli.Az TASS-a istinadən bildirir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib.

“Nüvə silahından mümkün istifadəmizin ssenariləri Rusiyanın doktrinal sənədlərində aydın şəkildə yazılıb. Onlar Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə şamil edilmir”, – o deyib.

Zaytsev onu da vurğulayıb ki, Qərb və Ukraynadan hər cür təxribat gözləmək olar. “Biz media sahəsində və birbaşa yerlərdə hadisələrin istənilən inkişafına hazır olmalıyıq”, – o əlavə edib.

“Rusiya nüvə müharibəsində qalibin ola bilməyəcəyi və onu başlamamaq prinsipinə qətiyyətlə riayət edir”, – Zaytsev bildirib.

Moskvanın Londona qarşı nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı Rusiya televiziyasında iddia edilən bəyanatlardan Böyük Britaniyanın narahat olub-olmaması sualını şərh edən Zaytsev qeyd edib ki, təhlükəsizlik risklərini Rusiya televiziyası deyil, Qərb ölkələrinin dağıdıcı hərəkətləri yaradır, Böyük Britaniya da daxil olmaqla.

“Biz sizin sualınızı Britaniya ictimaiyyətinin diqqətini hazırda Ukraynada baş verən mühüm hadisələrdən absurd görünən məsələlərin müzakirəsinə çevirmək üçün növbəti yöndəmsiz cəhd kimi qiymətləndiririk”, – o deyib.