Rusiya XİN: “Rusiya Ukraynanın NATO-ya daxil olmasını müzakirə etməyəcək”backend

Rusiya XİN: “Rusiya Ukraynanın NATO-ya daxil olmasını müzakirə etməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya üçün Ukraynanın NATO-ya qəbulu müzakirə mövzusu deyil.

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Kiyevin NATO-ya dəvəti nə indi, nə də gələcəkdə Rusiya ilə danışıqların mövzusu ola bilməz”,- o deyib. Zaxarova qeyd edib ki, Rusiyanın xüsusi hərbi əməliyyata başlamasının səbəblərindən biri Kiyevin NATO alyansına qoşulmaq istəyi olub.

Bundan bir qədər əvvəl Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin NATO-nu Rusiya ilə birbaşa münaqişəyə sövq etdiyini açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az