Rusiya XİN sözçüsü erməni mətbuatının xəbərini “dezinformasiya” adlandırdıbackend

Rusiya XİN sözçüsü erməni mətbuatının xəbərini “dezinformasiya” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml İrəvanın Qarabağda yaratdığı saxta rejimin “xarici işlər naziri” rolunu oynayan separatçı Sergey Qazaryanın gəlişi ilə bağlı erməni tərəfinin yaydığı dezinformasiyanı təkzib edib.

Editor.az bildirir ki, müvafiq bəyanatı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova verib.

O, vurğulayıb ki, Qazaryanın Rusiyaya səfərinin məqsədləri yalnız şəxsi xarakter daşıyıb. Diplomat onun müəyyən “görüşlər” keçirməsi ilə bağlı heç bir məlumatı olmadığını açıqlayıb, lakin qeyd edib ki, onları “rəsmi” hesab etmək üçün heç bir əsas yoxdur – onlar yalnız şəxsi xarakter daşıyır. Qeyd edək ki, bundan əvvəl erməni mətbuatı separatçı Qazaryanın Rusiya paytaxtına 4 günlük “işgüzar səfər” etdiyi barədə məlumat yaymışdı.

  //Samir Qurbanov, Editor.az