Rusiya XİN Ukraynada müharibənin başa çatmasının şərtini açıqladıbackend

Rusiya XİN Ukraynada müharibənin başa çatmasının şərtini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Kiyevin münaqişənin sülh yolu həllinin qaçılmaz olduğunu anlayacağına ümid edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya ümid edir ki, Kiyev Ukraynanın “demilitarizasiyası” və “denasifikasiyası” vəzifəsinin sülh yolu ilə həllinin qaçılmaz olduğunu dərk edəcək. Kiyev Ukraynanın neytral dövlətə çevrilməsinin qaçılmaz olduğunu nə qədər tez dərk etsə, Rusiyanın xüsusi əməliyyatı tez başa çatacaq”, – Rusiya XİN sözçüsü vurğulayıb.