Rusiya XİN Ukraynanın Sevastopol hücumunda ABŞ və Böyük Britaniyanın roluna diqqət çəkibbackend

Rusiya XİN Ukraynanın Sevastopol hücumunda ABŞ və Böyük Britaniyanın roluna diqqət çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Sevastopol hücumu ABŞ və Britaniya ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Editor.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Zaxarova Ukrayna Silahlı Qüvvələrinin sentyabrın 22-də Krımda Qara Dəniz Donanmasının qərargah binasına hücum etdiyini xatırladaraq, “Bu hücum İngiltərə kəşfiyyat xidmətləri, NATO peyk sistemləri və kəşfiyyat təyyarələri ilə əvvəlcədən planlaşdırılıb. və ABŞ-ın təxribatı ilə sıx əlaqələndirilərək həyata keçirilib”,-deyə bildirib.

Ötən cümə günü Kiyev Sevastopola raket hücumu həyata keçirib və Rusiyanın hava hücumundan müdafiə sistemləri 5 raketi zərərsizləşdirib. Rusiya Müdafiə Nazirliyi raket hücumu nəticəsində Qara Dəniz Donanmasının qərargahının tarixi binasının zədələndiyini, hücumda bir əsgərin öldüyünü açıqlayıb.

Təyyarələrin yerini real vaxt rejimində izləməyə imkan verən “Flightradar” tətbiqinə əsasən, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing P-8A” kəşfiyyat təyyarəsi Sevastopol raket hücumu zamanı Qara dəniz regionunda olub. Bu tip təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinin RQ-4 Global Hawk yüksək hündürlükdə kəşfiyyatçı pilotsuz uçuş aparatı və E-3A Sentry havadan erkən xəbərdarlıq, nəzarət təyyarəsi ilə birlikdə daim Krım yaxınlığında uçuşlar həyata keçirir.

//Gülnarə Abasova, Editor.az