Rusiya “yalançı bayraq” əməliyyatını reallaşdırır?- AÇIQLAMAbackend

Rusiya “yalançı bayraq” əməliyyatını reallaşdırır?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çoxlarına görə, artıq Belarusiya da müharibəyə qoşulub. Ancaq Belarusiya müharibəyə keçən il 24 fevralında öz ərazisindən rus qoşunlarına istifadə etməyə icazə verdiyi andan qoşulmuşdu. Belarusiya ərazisində Rusiyanın böyük bir ordu hissələri  Kiyevə doğru istiqamət almış, irəliləyə bilmişdilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında Politoloq Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, Belarusiya ərazisindən dəfələrlə Rusiya raketləri, təyyarələri Ukrayna infrastrukturunu hədəfə alıb: “ Prezident Aleksandr Lukaşenko müharibədən də öncə qeyd edirdi ki, ərazilərindən Ukraynaya qarşı istifadə olunmayacaq. Amma bu, baş verdi. İndi tutduğu mövqe dedikləri ilə üst-üstə düşmür. Qərb icmasında, Ukraynada onun səmimiyyətinə inanan yoxdur. Bu fikirlər aldadıcı manevr kimi də qiymətləndirilə bilər.  Məlum məsələdir ki, Belarusiya Rusiyanın yaxın hərbi-strateji müttəfiqidir. Bir çoxlarına görə, Belarusiya öz iradəsi daxilində hərəkət edə bilmir. Hətta Rusiyanın iradəsinə tabedir. Ötən il fevralın 24-dəki hücumda Rusiyanın böyük bir kalonu Belarusiya ərazisindən keçərək Kiyevə doğru istiqamət almış, bir neçə aydan sonra həmin ərazilərdə ciddi irəliləyiş əldə edə bilməyib geri dönməli olmuşdu. Bu, ondan qaynaqlanır ki, həmin ərazilər Rusiyadan uzaqda olduğu üçün oraya logistik təminatın verilməsi kifayət qədər müşkül məsələ olduğundan rəsmi Moskva həmin kalonu geri çəkməli oldu”.

Politoloqun fikrincə, Rusiya birbaşa öz ordusu ilə hücuma keçməyəcək:

“Rusiyanın Belarus ordusundan istifadə ehtimalı var. Moskva bu addımdan manevr kimi istifadə edərək diqqəti Donetsk bölgəsindən yayındıra da bilər. Cənub istiqamətində, Luqanskda biz rusların hücumunu gördük. Bütün bunlar diqqəti Baxmutdan digər cəbhələrə yayındırmaq üçün atılan addım kimi qiymətləndirilməlidir. Lukaşenkonun Ukrayna müharibəsinə daxil olmaqda marağı yoxdur. Bəzi mütəxəssislərə görə, o, hətta Putinə qarşı çıxmağı bacarmış və heç bir halda bu müharibəyə daxil olmaq istəməmişdir. Belə olan halda ehtimal olunur ki, Rusiya “yalançı bayraq” əməliyyatı ilə yəni, rus əsgərləri Belarus əsgərlərinin formasını geyinərək Ukraynanın əks-hücumundan sonra müharibəyə daxil ola bilər. Tarixdə bu cür hallar çox olub. Amma mən bunlara inanmıram”.

//Safura Bənnayeva, Editor.az