Rusiyanın Ukraynanın İzyum şəhərindəki yanğınsöndürmə məntəqəsinə raket hücumu nəticəsində xilasedicilər yaralanıb.
Editor.az bildirir ki, bu barədə oktyabrın 27-də Ukraynanın daxili işlər naziri İqor Klimenko Telegram-da məlumat verib. “Gecə düşmən İzyum şəhərindəki yanğınsöndürmə idarəsinin binasına raket zərbəsi endirib”, – Klimenko bildirib.
Raket hücumu nəticəsində 8 xilasedici yaralanıb. Yanğınsöndürmə məntəqəsinin binasına və 13 texnikaya da ziyan dəyib. “Lakin hazırda əsas olan bizim insanlardır. 4 əməkdaş xəstəxanadadır. Onlara lazımi tibbi yardım göstərilir”, – Klimenko əlavə edib. Daxili İşlər Nazirliyinin rəhbərinin aydınlaşdırdığı kimi, bu gün Xarkov vilayətinin yanğınsöndürmə idarəsinin 200 yaşı tamam olur. “Rusiya öz üslubunda “təbrik etdi””, – nazir qeyd edib.
//Samir Qurbanov, Editor.az

