Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 27-də keçirdiyi brifinqdə bildirib ki, Yaponiyada Amerikanın orta mənzilli raketlərinin yerləşdirilməsi halında Rusiya lazımi cavab addımlarını atacaq.
Diplomat qeyd edib ki, rəsmi Tokio Tayvan ətrafında vəziyyəti qəsdən gərginləşdirir və bununla da hərbiləşdirmə və Vaşinqtonla hərbi-texniki əməkdaşlığın artırılması istiqamətində öz kursunu əsaslandırmağa çalışır.
“Biz Yaponiya tərəfinə dəfələrlə xəbərdarlıq etmişik ki, belə əməkdaşlıq nəticəsində Amerikanın orta mənzilli raketləri onun ərazisinə düşərsə, bu, ölkəmizin təhlükəsizliyinə real təhlükə yaradacaq və biz öz müdafiə qabiliyyətimizi gücləndirmək üçün adekvat addımlar atmağa məcbur olacağıq”, – Zaxarova vurğulayıb.
//Samir Qurbanov, Editor.az