Rusiya yeni hərbi gəmisini xidmətə təqdim etdibackend

Rusiya yeni hərbi gəmisini xidmətə təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qorki adına Zelenodolsk zavodunda “Stavropol” kiçik raket gəmisinin suya buraxılması mərasimi keçirilib.

Editor.az bildirir ki, bu barədə Zelenodolsk vilayətinin mətbuat xidməti məlumat yayıb. Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Aleksandr Moiseyevin sözlərinə görə, “Stavropol” tezliklə Baltik Donanmasının tərkibinə daxil ediləcək və qərb sərhədlərində, lazım gələrsə, dünyanın digər ərazilərində Rusiyanın maraqlarını qorumaq üçün problemləri həll edəcək. Qeyd edək ki, “Stavropol” 21631 Buyan-M Layihəsinin sonuncu nümayəndəsidir.

Bundan sonra Rusiya donanması Layihə 22800 Karakurt MRK-nı almaq niyyətindədir. “Stavropol”un ilin sonunadək Hərbi Dəniz Qüvvələrinə verilməsi planlaşdırılır.

//Samir Qurbanov, Editor.az