Rusiya YENİ HÜCUM üçün ordu komplektləşdirir: ” Müharibə bir neçə ay da davam edərsə…”backend

Rusiya YENİ HÜCUM üçün ordu komplektləşdirir: ” Müharibə bir neçə ay da davam edərsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq həm Rusiya, həm də Ukrayna müharibə nəticəsində yorğun düşüb, ancaq bu, onu deməyə əsas vermir ki, münaqişə tezliklə bitəcək. Çünki Rusiyada bir çox istehsalçı müəssisələrin üç növbəli rejimə keçməsi və istehsal yükünü həddindən artıq artırması onu göstərir ki, ölkə yeni bir hücum üçün ordu komplektləşdirir”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Analitikin sözlərinə görə, Ukrayna Qərbdən yeni silahlar alaraq öz ordusunu yeniləyir:

“Ancaq hesab edirəm ki, uzun sürən münaqişə nəticəsində artıq Ukrayna tərəfi də böyük hərbi uğur əldə etməyin çətinliyini anlayıb. Məhz Türkiyədə yenidən Rusiya və Ukrayna tərəflərinin görüşə razılaşması artıq onu deməyə əsas verir ki, artıq hər iki tərəf kifayət qədər bitkin vəziyyətdədir. Hesab edirəm ki, münaqişənin bu şəkildə uzanması Rusiyanın əlinə oynayacaq. Müharibə bir neçə ay da uzansa qarşıdan gələn qışda Rusiya öz enerji ehtiyatlarından, xüsusilə təbii qaz aslılığından istifadə edib Avropanı müəyyən məsələlərdə razı salacaq”.

Siyasi şərhçi vurğulayıb ki, Rusiya artıq cənubdan Ukraynanın əhəmiyyətli bölgələrini ələ keçirmək üzrədir:

“Bundan başqa portlarda 20 milyon tondan çox taxıl Rusiya tərəfindən ələ keçirilib və dünya bazarına çıxarılmır. Nəticədə dünyada aclıq təhlükəsi getdikcə dərinləşir. Beləliklə, münaqişənin daha da uzanması gələcəkdə Qərbin dəstək limiti dolduqdan sonra Ukraynanın zərərinə ola bilər. Hesab edirəm ki, Ukrayna rəhbərliyi artıq gələcəkdə ola biləcəkləri nəzərə alaraq Rusiya ilə danışıqlar masasına oturmağa qərar verib. Döyüşdə Rusiya əhəmiyyətli irəliləyiş əldə etməsə və ya Ukrayna öz hərbi arsenalını gücləndirə bilməsə hər iki tərəf masaya oturmağa məcbur olacaq. Ancaq hansı tərəfin əli güclənsə də vəziyyət daha da pisləşə və danışıqlar prosesi yenidən uzana bilər”.

//Gülnarə Abasova, Editor.az