Rusiya yeni nəsil döyüş helikopterinin yaradılması istiqamətində işlərə start verib. Layihə “PAK AA” — “Perspektiv Aviasiya Kompleksi Ordunun Aviasiyası” adlanır.
Editor.az xəbər verir ki, bu barədə Aviation Week nəşri məlumat yayıb.
Proqram, daha əvvəl həyata keçirilmiş PAK FA və PAK DA layihələri kimi, müasir hərbi aviasiya texnologiyalarının inkişafına yönəlib. İddialara görə, söhbət məhz zərbə helikopterinin hazırlanmasından gedir.
Yeni proqram barədə ilkin məlumatlar Rusiya radiolokasiya sistemləri üzrə ixtisaslaşmış “Fazotron-NİİR” konstruktor bürosunun illik hesabatında əksini tapıb.
//Samir Qurbanov, Editor.az

