Rusiya yeni “qiyamət günü” təyyarəsinin üzərində işləyirbackend

Rusiya yeni “qiyamət günü” təyyarəsinin üzərində işləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Sənaye və Ticarət naziri Denis Manturov ölkənin aviasiya sektorunda “Il-80” təyyarələrinin yerini tutacaq yeni “qiyamət günü təyyarəsi” üzərində işə başlanıldığını bildirib.

Editor.az xəbər verir ki, Manturov qeyd edib ki, Rusiya aviasiya sənayesi bu tip təyyarələr də daxil olmaqla, bütün siniflərə aid təyyarələr istehsal edə bilər. Nüvə müharibəsi zamanı istifadə ediləcəyi üçün çox vaxt “qiyamət təyyarələri” adlandırılır. Bütün silahlı qüvvələr təyyarədən idarə oluna bilər. Bu təyyarələrin digərlərindən fərqi, içindəki insanları nüvə partlayışının təsirlərindən qorumaq üçün kokpitdən başqa heç bir yerdə şüşənin olmamasıdır.

Qeyd edək ki, “İl-80″ Rusiya Müdafiə Nazirliyinin ən gizli təyyarələrindən biridir. Açıq mənbələrdə Rusiyanın cəmi 4 ” Il-80″ təyyarəsi olduğu bildirilir.

//Gülnarə Abasova, Editor.az