Aİ-nin 15-ci sanksiyalar paketinə cavab olaraq Rusiya tərəfi Rusiya Federasiyasına girişi qadağan olunmuş Aİ ölkələrinin vətəndaşlarının siyahısını genişləndirib.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya tərəfi bu düşmənçilik hərəkətlərinə cavab olaraq dövlətimizin ərazisinə girişi qadağan olunmuş Avropa təsisatlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin siyahısını xeyli genişləndirib”,- mesajda deyilir. Nazirliyin məlumatına görə, Aİ-nin hüquq-mühafizə və dövlət təşkilatlarının nümayəndələri, habelə Ukrayna tərəfinə hərbi yardım göstərən vətəndaşlar qara siyahıya salınıb.
Bundan əlavə, Ukrayna ərazisindən qanunsuz həbslər və şəxslərin çıxarılması ilə məşğul olan məmurlara, habelə Rusiya aktivlərinin ələ keçirilməsini və onlardan Kiyevin maraqlarına uyğun istifadə edilməsini müdafiə edən məmurlara ölkəyə giriş qadağası qoyulub.
//Gülnarə Abasova, Editor.az