Rusiya yeni taxıl ixracı marşrutları üzərində işləyirbackend

Rusiya yeni taxıl ixracı marşrutları üzərində işləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qara dəniz təşəbbüsünün sona çatmasından sonra taxıl ixracı üçün yeni marşrutlar üzərində işləyir.

Editor.az TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini bildirib ki, Rusiya tərəfi malların və taxılın çatdırılması ilə bağlı Afrika ölkələri ilə ciddi əlaqələr saxlayır. O əlavə edib ki, Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammitində ehtiyacı olan ölkələr Moskvadan ərzaq ehtiyacları ilə bağlı təminat alacaqlar.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya Federasiyasının daha əvvəl çıxdığı taxıl sazişi ətrafında yaranmış vəziyyətlə bağlı yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az