Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2022-ci ilin dekabrında baş tutmayan üçtərəfli görüşünü keçirməyə hazır olduğunu təsdiqləyib.
Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Biz bu barədə həm Bakını, həm də İrəvanı məlumatlandırdıq, mövzu ilə bağlı açıq danışdıq. Hesab edirik ki, yerlərdə vaxtaşırı yaranan fəsadlar danışıqlar prosesinin bir növ “dondurulması” üçün maneəyə, səbəbə çevrilməməlidir”, – diplomat qeyd edib.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dekabrda Moskvada keçirilən üçtərəfli görüşü erməni tərəfinin imtinası üzündən baş tutmayıb.
//Samir Qurbanov,Editor.az

