Rusiya yenidən İran “Şahed”ləri ilə hücuma keçdibackend

Rusiya yenidən İran “Şahed”ləri ilə hücuma keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 1-nə keçən gecə Rusiya ordusu İran istehsalı olan kamikadze pilotsuz təyyarələrlə Ukraynanın arxa infrastrukturuna yeni hücuma cəhd edib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb. Məlumata görə, fevralın 28-dən martın 1-nə keçən gecə düşmən “Şahed” tipli pilotsuz hücum təyyarələri ilə şimal istiqamətindən Ukraynaya hücum edib, – məlumatda deyilir.

Qeyd olunur ki, ümumilikdə dörd aparat buraxılıb və onların hamısı Ukrayna hava hücumundan müdafiə qırıcıları tərəfindən vurulub.

  //Samir Qurbanov, Editor.az