Rusiya Yunanıstana xəbərdarlıq etdi: Təhlükəli planlardan əl çəkin!backend

Rusiya Yunanıstana xəbərdarlıq etdi: Təhlükəli planlardan əl çəkin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yunanıstanın Ukraynanı Rusiyanın “S-300″ hava hücumundan müdafiə sistemləri ilə təmin etmək planları təxribat və düşmənçilikdir”.

Editor.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

Zaxarova bildirib ki, Yunanıstan bu addımı ilə Ukraynanın cinayətlərinə ortaq olacaq və Rusiya ilə 1995 və 2013-cü illərdə hərbi texnika sahəsində bağladığı müqaviləni pozacaq:

“Bu müqavilələr Yunanıstana Rusiyanın razılığı olmadan aldığımız hərbi texnikanın üçüncü ölkəyə verilməsini qadağan edir. Müqavilə üzrə öhdəliklərin pozulması Yunanıstanın müdafiə qabiliyyətini zəiflədəcək qaçılmaz nəticələrə səbəb olacaq. Bu, Yunanıstanın silah ticarəti ilə bağlı beynəlxalq məhdudiyyətlərə biganə yanaşdığını göstərir. Kiyevə göndəriləcək bütün hərbi texnika Rusiya qüvvələri tərəfindən yaxından izləniləcək və məhv ediləcək. Çox gec olmadan təhlükəli planlardan imtina etmək olar. Yunan hökümətini məsuliyyət daşıdığı ilə bağlı xəbərdar edirik”.

Qeyd edək ki, Yunanıstan mətbuatında “ABŞ-ın Krit adasında “Patriot” zenit-raket kompleksi yerləşdirəcəyi təqdirdə Yunanıstanın Rusiyadan aldığı S-300 hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcəyi iddialar dolaşır.

//Samir Qurbanov, Editor.az