Rusiya Zaporojyeni vurub: “2 nəfər ölüb”backend

Rusiya Zaporojyeni vurub: “2 nəfər ölüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın daxili işlər naziri İqor Klimenko teleqram hesabında etdiyi paylaşımında Rusiyanın Zaporojyeyə hücum etdiyini bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, hücum nəticəsində yanğının baş verdiyini qeyd edən Klimenko yanğınsöndürənlərin hadisə yerində işlərini davam etdirdiyini qeyd edib. “Zaporojyeyə hücum zamanı 2 nəfər ölüb, 7 nəfər yaralanıb”, – deyə o vurğulayıb.

Ukrayna prezidenti Volodimir Zelenski də hücumla bağlı açıqlamasında Rusiyanın “müharibə cinayəti” törətdiyini qeyd edib: “Əsgərlərimiz rus terrorçularının cavabını verəcək”.

//Safura Bənnayeva, Editor.az