Rusiya Zaporojyeyə hücum edib: “Ölən və yaralananlar var”backend

Rusiya Zaporojyeyə hücum edib: “Ölən və yaralananlar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojye şəhərinə yeni hücumu nəticəsində 1 nəfərin öldüyünü bildirib.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski “telegram” kanalında etdiyi paylaşımda Zaporojye şəhərinin hər gün Rusiyanın hücumlarına məruz qaldığını açıqlayıb.

“Hücum nəticəsində mülki binada yanğın baş verib. 1 nəfər həyatını itirib. Başsağlığı veririk. Yaralananlar da var. Aidiyyatı qurumun əməkdaşları hadisə yerində lazımi işləri davam etdirir və insanları xilas edirlər. Ukrayna ayaqdadır.Rusiya terrorizmi uduzacaq”,-deyə o bildirib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko da hücumda bir qadının öldüyünü, biri ağır olmaqla, 9 nəfərin yaralandığını bildirib.

//Safura Bənnayeva, Editor.az