Rusiya Zelenskini devirmək istəmir-Peskovbackend

Rusiya Zelenskini devirmək istəmir-Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “xüsusi əməliyyat”ın məqsədi Ukraynada hakimiyyətin dəyişdirilməsi deyil.

Editor.az bildirir ki, bu barədə Rusiya “İnterfaks”ı xəbər yayıb.

Ukraynada hakimiyyət dəyişikliyinin Ukraynaya qarşı “xüsusi əməliyyat”ın məqsədlərindən biri olub-olmaması ilə bağlı suala Peskov belə cavab verib: “Xeyr, prezident bu barədə artıq danışıb”.

Brifinqdə Peskov həmçinin Zelenskinin Moskvanın sülhə can atmadığı, nəfəs almaq üçün Ukrayna hakimiyyəti ilə danışıqlar aparmağa çalışması barədə fikirlərinə də münasibət bildirib.

“Rusiya öz məqsədlərinə çatmaq istəyir və onlara nail olacaq”-deyə, Peskov qeyd edib.

  //Samir Qurbanov,Editor.az