Rusiyada 1 qadın və 3 uşağı öldürdülərbackend

Rusiyada 1 qadın və 3 uşağı öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvaətrafı Likino-Dulyovodakı mənzillərdən birində üzərində zorakılıq əlamətləri olan 45 yaşlı 1 qadın və 3 uşaq meyiti tapılıb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Moskva vilayət İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Uşaqlardan ikisi 8, biri isə 2 yaşındadır. Cəsədlərin üzərində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb.

Vilayət prokurorunun müavinləri Oleq Çerskov və Orexovo-Zuevski şəhər prokuroru Vladimir Busıqın hadisənin baş verdiyi əraziyə gediblər.

Faktla bağlı cinayət işi açılıb.