Rusiyada 3 yük maşını toqquşdu: ölən və yaralananlar varbackend

Rusiyada 3 yük maşını toqquşdu: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhəri yaxınlığında üç yük maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə İqlinsky rayonunda, Samara-Ufa-Çelyabinsk yolunun 1519-cu kilometrliyində qeydə alınıb.

Qəza nəticəsində “KamAZ”ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Digər sürücülər yaralanıb. Qəzada xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları hadisə yerinə cəlb edilib. Faktın səbəbini araşdırılır.

//APA