Rusiyanın Volqoqrad vilayətində hərəkət edən sərnişin qatarı həmrəy keçiddə yük maşınına çırpılaraq relsdən çıxıb. Bəzi vaqonların aşması nəticəsində 140-a yaxın insan xəsarət alıb.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları şirkətindən verilən yazılı açıqlamada deyilir. Açıqlamada qatarın yük maşınına dəyməsi nəticəsində bəzi vaqonların relsdən çıxdığı və aşdığı, təxminən 140 nəfərin yaralandığı, 15-i uşaq olmaqla 30 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Volqoqrad vilayəti administrasiyasının Telegram hesabından verilən açıqlamada yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib. Rusiya İstintaq Komitəsi qəza ilə bağlı araşdırmaya başladığını bildirib. Rəsmi qurumlar qəzanın yük maşınının həmsəviyə keçidində işıqforun qırmızı işığında keçməsi səbəbindən baş verdiyini bildiriblər.
//Gülnarə Abasova, Editor.az

